ABŞ prezidenti Donald Tramp sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sammiti çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə liderləri ilə görüşməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios" iki ərəb rəsmisinə istinadla məlumat yayıb.
Tərəflər Qəzza zolağında müharibənin dayandırılması yollarını müzakirə etməyi planlaşdırırlar.
"Axios" yazır ki, Ağ Ev bu ölkələrin Qəzza zolağının müharibədən sonrakı bərpasında iştirak etmələrini və İsrail əsgərləri əvəzinə öz qüvvələrini anklavlara göndərmələrini istəyəcək.
Nəşr yazır ki, ərəb liderləri Donald Trampdan İsrailin baş naziri Benyamin Netanyahuya qarşıdurmalara son qoyması və İordan çayının qərb sahilini ilhaq etməməsi üçün təzyiq göstərməyi xahiş edəcəklər.
Nyu-Yorkda keçiriləcək görüş sentyabrın 29-da Ağ Evə gələcək Donald Tramp və Benyamin Netanyahu arasında keçiriləcək danışıqlardan əvvəl olacaq.