İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru ilə görüşdə infrastruktur layihələri üzrə birgə fəaliyyət imkanları nəzərdən keçirilib. Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bu baxımdan, AYİB-lə uğurlu tərəfdaşlıq qeyd olunub. Bildirilib ki, bankla həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin tətbiqini sürətləndirir.
Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün işbirliyi imkanları diqqətə çatdırılıb.
Tərəflər su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər sahələrdə birgə fəaliyyət perspektivləri haqqında müzakirə aparıblar.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib