20 sentyabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, “Women in Cybersecurity Azerbaijan” və “TEXIO Academy Azerbaijan” ın birgə təşkilatçılığı ilə "Kibertəhlükəsizlikdə Qadınlar: Karyera və Təhsil" adlı tədbir keçirilib. Tədbirdə kibertəhlükəsizlik sahəsinə maraq göstərən tələbələr, gənc mütəxəssislər, eləcə də karyerasını bu istiqamətdə qurmaq istəyən qadınlar iştirak ediblər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən “İki sahil”ə verilən məlumata görə, proqram çərçivəsində iştirakçılara kibertəhlükəsizlik sahəsi üzrə təhsil imkanları, təqaüd və könüllülük proqramları təqdim olunub. Eyni zamanda bu sahədə uğur qazanmış mütəxəsisslərin karyera yolları və uğur hekayələri müzakirə edilib. Tədbirin davamında spiker və mütəxəssislərlə interaktiv panel sessiyaları keçirilib. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı tanışlıq və təcrübə mübadiləsi üçün netvörkinq imkanı yaradılıb.
Qeyd edək ki, sözügedən tədbirin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik sahəsində qadınların fəallığını artırmaq, onların peşəkar inkişafına dəstək olmaq, eyni zamanda gənc nəslin bu istiqamətə marağını gücləndirməkdir.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib