24 sentyabr 2025 16:44
91

İİTKM-də “ACWA Power” və “DataVolt” nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “ACWA Power” və “DataVolt” şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə “DataVolt” şirkətindən biznesin inkişafı və tərəfdaşlarla iş üzrə direktor Abdulaziz Al-Benyan, biznesin inkişafı üzrə icraçı direktor Mohamed Nassef iştirak ediblər. “ACWA Power” şirkətini isə müqavilələr və dövlət qurumları ilə əlaqələr üzrə menecer Süleyman Babayev və biznesin inkişafı üzrə direktor Polina Lyubomirova təmsil ediblər. İİTKM tərəfindən icraçı direktorun müavini Ramil Hüseyn, icraçı direktorun müşaviri Təranə Salıfova, Rəqəmsal Ticarət Qovşağının rəhbəri v.i.e. Aygün Əhmədova və Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə görüşdə iştirak ediblər.

Müzakirələrdə ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətləri çərçivəsində beynəlxalq təcrübə mübadiləsinin və institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfdaşlarla əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.