"Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 69 dollara yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə ICE birjasının məlumatı göstərir.
"Brent" markalı neftin qiyməti isə 1,84 % artaraq, 69,04 dollar/barelə çatıb.
Fyuçersin qiyməti sonuncu dəfə sentyabrın əvvəlində bu səviyyəyə çatmışdı.
Eyni zamanda WTI markalı xam neftin 2025-ci ilin noyabr ayı üçün fyuçersləri 1,76 % bahalaşaraq bir barelə görə 64,75 dollar olub.