Avropa Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ilə Fransa prezidenti Emmanuel Makron arasında yazışmaları araşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstan parlamentinin deputatı Kinga Qal məlumat verib.
Onun sözlərinə görə, bu hal AK-nin qeyri-şəffaflığını bir daha nümayiş etdirir.
Kinga Qal sosial şəbəkə hesabında yazıb ki, Avropa Komissiyasının rəhbərinin ətrafında daha bir SMS qalmaqalı yaranır. Avropa Ombudsmanı gizli yazışmalarla bağlı araşdırmaya başlayıb.