G7 ölkələri Çin idxalından asılılığı azaltmaq üçün nadir torpaq metallarının minimum qiymətlərini tətbiq etmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadla məlumat yayıb.
Məqalədə deyilir ki, ABŞ G7 və Aİ liderləri ilə nadir torpaq metallarına qiymət dempinqinin qarşısını almaq üçün daha geniş ticarət tədbirləri ilə bağlı danışıqlar aparır.
Qeyd olunur ki, müzakirə olunan addımlara tariflər, minimum qiymətlər və digər tədbirlər daxildir.