25 sentyabr 2025 13:19
104

Polşa ona sığınacaq təklif edib

Polşanın xarici işlər naziri Radoslav Sikorski Almaniya rəsmilərinə deyib ki, ölkəsi “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərinin partladılmasında şübhəli bilinən Vladimir Juravlevə siyasi sığınacaq verməyə hazırdı.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşrinə mənbələrı istinadla məlumat yayıb.

"Rzeczpospolita" qeyd edir ki, Polşa hakimiyyət orqanları insidentdə ukraynalı Vladimir Juravlevin əli olması üçün kifayət qədər dəlil olmadığını təkid edir.

Alman xəbər agentlikləri ARD, Süddeutsche Zeitung və Die Zeit, Varşavanın alman müstəntiqlərinin aylarla əməkdaşlıq tələblərinə məhəl qoymadığını bildirirdilər.