25 sentyabr 2025 19:57
108

Trampın sülh təşəbbüsünü dəstəkləyirik - Kavelaşvili

Biz ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü dəstəkləyirik.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasına, eləcə də qonşuları arasında etimadın və əməkdaşlığın dərinləşməsinə həmişə dəstək verib və fəal şəkildə səy göstərib.