26 sentyabr 2025 10:20
114

MPL: "İmişli" "Zirə"yə, "Qarabağ" "Qəbələ"yə qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tur start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Zirə" "İmişli"nin qonağı olacaq. Görüş saat 15:30-da başlayacaq.

Digər matçda isə son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası,

6-cı tur

26 sentyabr

15:30. "İmişli" – "Zirə"

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.

VAR: Elçin Məsiyev.

AVAR: Elşad Abdullayev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. "Qarabağ" – "Qəbələ"

Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

"Azersun Arena"

27 sentyabr

15:30. "Şamaxı" – "Araz-Naxçıvan"

19:00. "Neftçi" – "Karvan"

28 sentyabr

16:30. "Turan Tovuz" – "Kəpəz"

19:00. "Sabah" – "Sumqayıt"