26 sentyabr 2025 10:33
119

Türkiyəli müğənni eyvandan yıxılıb öldü

Güllü ləqəbi ilə tanınan türkiyəli 52 yaşlı müğənni Gül Tut Yalovanın Çınarcık rayonunda evinin eyvanından yıxılaraq dünyasını dəyişib.

İki sahil” "TRT Haber"ə istinadla xəbər verir ki, şahidlər tərəfindən xəbərdar edildikdən sonra hadisə yerinə tibb və təhlükəsizlik qrupları cəlb edilib.

Hadisə yerinə gələn xilasedicilər müğənninin öldüyünü müəyyən ediblər.

Müğənninin meyiti Yalova Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”