30 sentyabr 2025 10:59
93

Əhməd İsmayılov: Süni intellektin tətbiqindən irəli gələn məsələlər ətrafında ciddi düşünməliyik

"3-cü Şuşa Qlobal Media Forumunda süni intellektin artan roluna və ictimai inkişafdakı təsirlərinə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, ölkəmizdə İT texnologiyalarının inkişafı dövlətin önəm verdiyi prioritetlərdən biridir".

“İki sahil” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Agentliyinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, Azərbaycanın bu istiqamətdə aparıcı beynəlxalq şirkətlərlə təmasları mövcuddur.

"Süni intellektin yayılması kifayət qədər sürətlə gedir və heç şübhəsiz ki, ondan istifadə edən şəxslərin sayı da çox olacaq. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bütün yeni texnologiyalara açıq ölkədir, əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın.

Hesab edirik ki, süni intellektin tətbiqindən irəli gələn məsələlər ətrafında biz ciddi düşünməli, istər Özbəkistan, istərsə də Azərbaycan mediasının təcrübəsini əsas götürərək bu istiqamətdə səylərimizi birləşdirməli, birgə fəaliyyətimizin effektiv mexanizmini yaratmalıyıq", - deyə Ə.İsmayılov bildirib.