30 sentyabr 2025 11:51
110

Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına həsr olunmuş təlimlər başa çatıb

24-26 sentyabr 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına həsr olunmuş təlimlər keçirilib.

Təlimlər Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş ekspertlər tərəfindən aparılıb.

Pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların nümayəndələri, icra strukturlarında çalışan məsul şəxslər, aidiyyəti dövlət qurumlarının əməkdaşları, eləcə də sosial xidmət sahəsində birbaşa fəaliyyət göstərən mütəxəssislər iştirak etdiyi təlim dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, mütəxəssislər arasında təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaradıb.

İştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olublar. Eyni zamanda sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzular müzakirə edilib.