05 oktyabr 2025 18:19
101

Papa Leo: Yaxın Şərqdə sülh səylərində arzuolunan nəticələr əldə ediləcəyinə ümidvaram

Yaxın Şərqdə sülh danışıqlarında irəliyə doğru atılan addımlarda arzuolunan nəticələr əldə ediləcəyinə ümidvaram.

“İki sahil” xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib.

Pontifik Qəzzada fələstinlilərin çəkdiyi əzablardan kədərləndiyini ifadə edib.

“Yaxın Şərqdəki dramatik vəziyyət fonunda son saatlarda sülh danışıqlarında irəliyə doğru bəzi mühüm addımlar atılır. Ümid edirəm ki, ən qısa zamanda arzuolunan nəticələr əldə ediləcək. Bütün tərəflərdən bu yolda, atəşkəs və girovların azad edilməsi istiqamətində səyləri artırmağı xahiş edirəm. Davam edən səylərin müharibəyə son qoyması, bizi ədalətli və davamlı sülhə aparması üçün hər kəsi dua etməyə çağırıram”, - deyə Papa Leo bildirib.

Roma Papası, həmçinin Mançester sinaqoqunda törədilən terror aktı fonunda dünyada antisemit nifrətinin artmasından narahatlığını ifadə edib.