14 oktyabr 2025 10:48
125

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, günün yeganə oyununda "Azerreyl" "Gəncə"nin qonağı olacaq.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, I turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri oktyabrın 15-də baş tutacaq. "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.