14 oktyabr 2025 15:25
110

İrakli Kobaxidze: Avropa bürokratiyası fəlakətə doğru gedir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında Avropa bürokratiyasını kəskin tənqid edib.

“İki sahil” xəbər verir ki, hökumət başçısı xüsusilə yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi məsələsinə toxunaraq bu mövzuda mühakimə yürütməyin çətin olduğunu bildirib.

“Mən hətta yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi ilə bağlı necə mühakimə yürüdəcəyimi də bilmirəm. Siz Avropa bürokratiyasının hansı fəlakətə doğru getdiyini və Avropanın inkişafını necə fəlakətə sürüklədiyini görürsünüz. Bu, böyük faciədir və biz belə proseslərə qarşı qətiyyətlə çıxmalıyıq. Avropa bürokratiyası istəsə də, bu cür hadisələrə ölkəmizdə heç bir halda icazə verilməyəcək”,- deyə İrakli Kobaxidze vurğulayıb.