14 oktyabr 2025 17:59
129

Bosniya və Herseqovinanın Rəyasət Heyəti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Bosniya və Herseqovinanın Rəyasət Heyəti ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

“İki sahil” xəbər verir ki, serbiyalı üzv xanım Jelka Tsviyanoviçin təşəbbüs ilə Bosniya və Herseqovina Rəyasət Heyəti bu gün keçirilən iclasda ABŞ Prezidentinin 2026-cı ildə Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək barədə yekdilliklə qərar qəbul edib.

Jelka Tsviyanoviç deyib ki, Donald Tramp ikinci prezidentliyi dövründə diplomatik fəaliyyəti və şəxsi nüfuzu ilə beynəlxalq münasibətlərdə mühüm nəticələr əldə edib.

“ABŞ Prezidenti çoxsaylı dünya böhranlarının sabitləşməsinə mühüm töhfə verib, onun sülh sahəsindəki səyləri və nailiyyətləri yüksək qiymətləndirilir. Qəzzada münaqişənin həlli Donald Trampın son böyük uğurudur”, - deyə xanım Tsviyanoviç əlavə edib.

Xatırladaq ki, Jelka Tsviyanoviç avqustun 22-də Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı Rəyasət Heyətinə təşəbbüs göndərmişdi.