14 oktyabr 2025 23:06
114

Tramp HƏMAS-ın zorla silahsızlaşdırılmasını istisna etməyib

HƏMAS silahları könüllü şəkildə təhvil verməyəcəyi halda, hərəkatın tərk-silah edilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Miley ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Əgər silahları təhvil verməsələr, biz onları silahsızlaşdıracağıq", - deyə Amerika lideri bildirib.

Tramp hərəkatın necə silahsızlaşdırılacağını dəqiqləşdirməkdən imtina edib. "Bunu sizə izah etməyə borclu deyiləm. Onlar bilirlər ki, biz oyun oynamırıq", - deyə o qeyd edib.