Bu ilin yanvar-sentyabr aylarında Xəzər dənizinin Azərbaycanda sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 10,2 milyard kubmetr qaz hasil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,4 milyard kubmetr və ya 4,1 % çoxdur.
Məlumata görə, bu ilin 9 ayında Azərbaycanda 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyard kubmetr və ya 2,96 % çoxdur.