Odessa meri Gennadi Truxanovun Ukrayna vətəndaşlığından məhrum edilməsi Ukrayna rəhbərliyi ilə yerli hökumət rəhbərləri arasında münaqişənin kəskinləşməsini göstərir.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, meri faktiki olaraq vəzifəsindən məhrum edən bu addım Kiyevin mərkəzi hökuməti ilə Ukrayna boyu yerli liderlər arasında münaqişədə indiyədək ən əhəmiyyətli eskalasiyanı göstərir.
Bir gün əvvəl Vladimir Zelenskinin Odessa merinin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzaladığı açıqlanıb.
Truxanov qərardan məhkəməyə şikayət edəcəyini açıqlayıb.