15 oktyabr 2025 17:11
123

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika naziri Pərviz Şahbazov Sumqayıt şəhəri, Cəlilabad və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki, qəbulda qaz təchizatı, qaz sayğacının quraşdırılması, elektrik enerjisi təchizatı, transformatorun yenilənməsi və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.