16 oktyabr 2025 08:39
93

Vinisius həbs edilə bilər

"Real Madrid"in yarımmüdafiəçisi Vinisius Junior Rio-de-Janeyroda 25 yaşının tamam olması münasibətilə iyulun 19-u axşamdan iyulun 21-i səhərə qədər təşkil etdiyi əyləncə gecəsi zamanı başqalarının işini və ya rahatlığını pozmağa görə cəzalandırıla bilər.

“İki sahil” "O Globo" nəşrinə istinadən xəbər verir ki, futbolçu konsertlər, o cümlədən reper Trevis Skottun çıxışı, fişənglər və hətta attraksionlar daxil olmaqla, təntənəli əyləncə gecəsi təşkil edib.

Tədbirdə təxminən 500 nəfər olub.

Vinisiusa qarşı məhkəmə işi toy və şənliklər kimi böyük tədbirlər üçün nəzərdə tutulmuş malikanənin qonşusunun şikayəti əsasında qaldırılıb.

Şikayətçi yüksəksəsli musiqi və qışqırıq səsləri eşidərək polis çağırdığını, iştirakçılardan səsi azaltmağı xahiş etdiyini bildirib. Vinisius və qonaqları polis əməkdaşlarının göstərişlərini yerinə yetiriblər, lakin onlar getdikdən sonra səs yenidən olduqca yüksək olub.

Bu iş üzrə ilkin dinləmə 6 noyabr tarixində keçiriləcək. Braziliya qanunvericiliyinə görə, "başqalarının işini və ya rahatlığını pozmaq" 15 gündən üç aya qədər həbs cəzası və ya cərimə ilə cəzalandırıla bilər.