16 oktyabr 2025 14:03
115

Bakı və Abşeron rayonunda narkotiklərin satışını təşkil edən şəxs 47 kq marixuana ilə saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı  külli miqdarda narkotik vasitənin Bakı şəhəri və Abşeronda  rayonunda satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Abşeron rayonunda baş tutan tədbir zamanı 39 yaşlı əvvəllər də narkotiklə bağlı cinayət törətdiyi üçün azadlığı məhdudlaşdırılan Nurlan Allahverdiyev saxlanılıb. Ondan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı N.Allahverdiyevin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.