17 oktyabr 2025 11:02
148

AMB və Dünya Bankı maliyyə inklüzivliyinin genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib.

“İki sahil” AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Taleh Kazımov ABŞ-nin paytaxtı Vaşinqtona işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüş keçirib.

Görüşdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlıqdan məmnunluq bildirilərək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən layihələr müzakirə olunub, həmçinin dayanıqlı inkişaf məqsədlərinə dəstək istiqamətində əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.