18 oktyabr 2025 08:15
103

İranda 700 min ildən çox yatan vulkan oyandı

İranın cənub-şərqində 700 min ildən çox yatmış Taftan vulkanı oyanmağa başlayıb.

“İki sahil” xəbər verir ki, "Geophysical Research Letters" elmi jurnalında hesabat dərc edən alimlər belə qənaətə gəliblər.

Onların məlumatlarına görə, Taftan 2023-cü ilin iyulundan 2024-cü ilin may ayına kimi 10 ayda doqquz santimetr yüksəlib. Vulkan öz normal vəziyyətinə qayıtmayıb ki, bu da onun səthinin altında qaz təzyiqinin artdığını göstərir.

Alimlər qeyd edirlər ki, Taftanın yenidən oyanması onun fəaliyyətinin monitorinqini tələb edir.

Məlumata görə, Taftan vulkanının hündürlüyü təxminən 3940 metrdir. O, İran və Pakistan sərhəddində dağlıq bir bölgədə yerləşir.