18 oktyabr 2025 08:29
95

Çin polisinin "ağıllı" köməkçiləri: Təhlükəsizliyi robot-itlər qoruyacaqlar

Çinin Hançjou şəhərinin küçələrində robot-itlər patrul xidmətinə başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb.

Bildirilir ki, hazırda robot-itlər sınaq mərhələsindədirlər və ayın sonundan etibarən yerli polis tərəfindən rəsmi xidmətə cəlb olunacaqlar. Süni intellekt, yüksəkdəqiqlikli kameralar və sensorlarla təchiz edilən bu robotlar ətraf mühiti tanıya və müstəqil qərarlar qəbul edə bilirlər.

Məlumata görə, hüquq-mühafizə orqanları bu robot-itlərdən qadağan olunmuş ərazilərdə park edilmiş avtomobilləri müəyyənləşdirmək və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə istifadə etməyi planlaşdırır.