18 oktyabr 2025 15:58
115

Gələn həftə ABŞ vitse-prezidentinin İsrailə səfəri gözlənilir

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qəzza zolağındakı girovların meyitlərinin qaytarılması və müharibənin dayandırılması haqqında sazişin həyata keçirilməsinin gedişini müzakirə etmək üçün bazar ertəsi İsrailə səfər etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Vens həmçinin ABŞ Prezidenti Donald Trampın HƏMAS qruplaşmasının tərksilah edilməsinə dair sülh planının ikinci mərhələsinə keçidi müzakirə edəcək.

Hələlik Vaşinqtondan rəsmi təsdiq gəlməyib.