18 oktyabr 2025 16:30
112

ABŞ bəzi mallara rüsumların ləğv olunmasını nəzərdən keçirir

ABŞ hökuməti Birləşmiş Ştatlarda istehsal olunmayan bir sıra mallara rüsumların ləğv olunmasını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, son həftələrdə Prezident Tramp onlarla malı qarşılıqlı tariflərdən azad edib.

Ölkələr ABŞ ilə ticarət razılaşmaları əldə etdikdən sonra kənd təsərrüfatı məhsullarından tutmuş təyyarə hissələrinə qədər daha yüzlərlə malın azad edilməsini təklif edib.