18 oktyabr 2025 16:37
122

Azərbaycanda günəş enerjisinin istehsalı 12 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 484,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə 12 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 20 milyard 502,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur. Bunun 19 milyard 817,2 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə eynidir.

Bunun 2 milyard 382,6 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 1,5 % artıb), 16 milyard 919,5 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (-0,4 %), 159 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisi (-1,3 %) istehsalının payına düşür.

Hesabat dövründə küləklə işləyən elektrik stansiyalarında 31 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin 9 ayının göstəriciləri ilə müqayisədə 26,4 % azdır.