18 oktyabr 2025 17:40
124

Çin və ABŞ nümayəndələri məsləhətləşmələrin yeni raundu ilə bağlı razılığa gəliblər

Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen bu gün ABŞ-nin maliyyə naziri Skott Bessentlə videobağlantı vasitəsilə danışıqlar aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

H.Lifen həm də Çin tərəfdən ABŞ ilə Çin arasında iqtisadi-ticari əlaqələr üzrə koordinatordur.

Danışıqlarda həmçinin ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir də iştirak edib. Tərəflər iqtisadi-ticari məsləhətləşmələrin yeni raundunun mümkün qədər tez bir zamanda keçirilməsi barədə razılığa gəliblər.

Bununla yanaşı, bu ilin əvvəlindən bəri aparılmış telefon danışıqları zamanı iki dövlətin başçıları arasında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi, eləcə də ikitərəfli iqtisadi-ticari əlaqələrlə bağlı mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.