İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə görüşüb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, görüşdə 4SİM-in fəaliyyəti, rəqabətli insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələr, “Sənaye 4.0 Hazırlıq” Proqramı və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq barədə qaliblərə məlumat verilib.
Daha sonra gənclərlə onların fərdi inkişafı, bilik və bacarıqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir müavini Elçin Zeynalov FAO-nun Regional Konfransının 35-ci sessiyasında iştirak edir
PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı