18 oktyabr 2025 21:45
109

Netanyahu: "Rəfah" buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər bağlı qalacaq

Misir-Qəzza zolağı sərhəddindəki "Rəfah" buraxılış məntəqəsi “növbəti xəbərdarlığa qədər” bağlı qalacaq.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, onun açılması məsələsinə HƏMAS-ın ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirməsindən sonra baxılacaq.

"Baş nazir Netanyahu bildirib ki, "Rəfah" nəzarət-buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər açılmayacaq. Onun yenidən açılması HƏMAS-ın ölən girovların qaytarılmasında üzərinə düşən vəzifəni yerinə yetirməsi və razılaşdırılmış planı həyata keçirməsindən asılı olacaq", - deyə baş nazirin mətbuat xidməti qeyd edib.