18 oktyabr 2025 22:40
104

HƏMAS daha iki girovun cəsədini İsrailə təhvil verəcək

Fələstinin "HƏMAS" hərəkatı daha iki israilli girovun cəsədini yerli vaxtla saat 22:00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadası"nın Telegram kanalında bildirilib.

"İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşma çərçivəsində iki əsir cəsədin saat 22:00 radələrində [tibb] əməkdaşlarına təhvil verilməsi qərara alınıb", - deyə qeyd olunub.