18 oktyabr 2025 23:27
148

"Formula-1" ABŞ Qran-prisində sprint yarışının qalibi bəlli oldu

"Red Bull" pilotu, hazırkı dünya çempionu Maks Ferstappen "Formula-1" ABŞ Qran-prisinin sprint yarışında qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, "Mercedes" pilotu Corc Rassell ikinci, "Uilyams" pilotu Karlos Sayns isə üçüncü olub.

Hər iki "Mаklaren" pilotu (Lando Norris və Oskar Piastri) ilk dəqiqələrdə "Aston Martin" pilotu Fernando Alonso və "Zauber" pilotu Niko Hülkenberqin iştirakı ilə baş vermiş qəzadan sonra yarışı tərk ediblər.