Münxen hava limanı ötən gecə şübhəli müşahidələr səbəbindən iki dəfə müvəqqəti bağlanıb.
“İki sahil” xəbər verir ki, axşam saat 22:00 radələrində uçuşlar təxminən yarım saatlıq dayandırılıb.
Saat 23:00 radələrində isə daha bir qısa fasilə elan olunub. Hələlik bu müşahidələrin dron görüntüləri olub-olmadığı məlum deyil. Səhər saatlarında isə uçuşlar normal qaydada davam edib.
Xatırladaq ki, oktyabrın əvvəlində də Münxen hava limanı dron müşahidələri ehtimalı ilə iki dəfə bağlanmış və təxminən 10 min sərnişin aeroportda gözləməli olmuşdu. Dron müşahidələrinin artması ilə əlaqədar Almaniya hökuməti federal polisə dronları vurmaq üçün daha geniş səlahiyyətlərin verilməsini planlaşdırır.