19 oktyabr 2025 17:55
93

MPL: "Sabah" "Zirə"ni darmadağın etdi

Misli Premyer Liqasının 8-ci turunda "Sabah" "Zirə"ni qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 42-ci dəqiqəsində Aron Maluda hesabı açıb. 45+2-ci dəqiqədə isə Velko Simiç “Sabah”ın üstünlüyünü iki topa yüksəldib. O, 75-ci dəqiqədə yenidən fərqlənərək hesabı 3-0 edib.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

8-ci tur

19 oktyabr (bazar)

16:00. “Sabah” 3–0 “Zirə”

Qollar: Aron Maluda, 42 (1-0), Velko Simiç, 45+2 (2-0), Velko Simiç 75 (3-0)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Bank Respublika Arena”,

Məhərrəm Ağalaroğlu, “İki sahil”