20 oktyabr 2025 01:52
123

İtaliyada miqrantların olduğu qayıq batıb, iki nəfər ölüb

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

“İki sahil” xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri adadan təxminən 16 dəniz mili uzaqda 91 nəfəri xilas edib. Onlardan 3-ü intubasiya olunub və helikopterlə quruya daşınıb.

Qayıqla bağlı əməliyyata “Frontex” təyyarəsindən verilən məlumat əsasında başlanıb.

Qeyd edək ki, ilin əvvəlindən Aralıq dənizində 700-dək miqrant ölüb və ya itkin düşüb.