20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, finalda Mərakeş və Argentina yığmaları üz-üzə gəlib. Matç Mərakeşin qələbəsi ilə başa çatıb – 2:0. Yassir Zabiri 12 və 29-cu dəqiqələrdə fərqlənməklə dubl edib.
Afrika təmsilçisi tarixində ilk dəfə mundialın qalibi olub.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək növbəti U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.