20 oktyabr 2025 15:27
92

Avropa Komissiyası Rusiyadan uran idxalını QADAĞAN EDİR

Avropa Komissiyası Rusiyadan Avropa İttifaqı ölkələrinə uranın idxalına qadağa layihəsi üzərində işə başlayacaq.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Ana Kajza bildirib.

“Biz nüvə yanacağı ilə bağlı bölmə daxil etmək istəyirik, bu da Aİ-yə uran idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur”, - deyə, o, qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, Aİ Şurası Avropa Komissiyasının təklifi əsasında 2026-cı il yanvarın 1-dən Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasını təsdiqləyib.