20 oktyabr 2025 16:10
120

HƏMAS-ın nümayəndə heyəti Qahirədə Qəzzada atəşkəs üzrə vasitəçilərlə görüşəcək

HƏMAS nümayəndə heyəti Qəzza zolağında atəşkəs rejiminin davam etdirilməsini müzakirə etmək üçün bu gün Qahirədə Qətər və Misir rəsmiləri ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə AFP mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirir ki, HƏMAS təmsilçisi Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti dünən "Qəzza zolağında onlarla insanı öldürən İsrail hava zərbələrini" müzakirə edəcək.

HƏMAS İsrailin oktyabrın 10-dan qüvvədə olan atəşkəs sazişini pozduğunu iddia edir.