Litva Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin ölkənin hava məkanından keçməsinə icazə verməyəcək.
“İki sahil” Litva mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Kyastutis Budris deyib.
Məlumata görə, Putin amerikalı həmkarı Donald Trampla görüşmək üçün Macarıstana gedəcək.
O qeyd edib ki, Putinin təyyarəsinin Litvanın hava məkanına daxil olmasını qeyri-mümkün hesab edir.
"Mən onun (Rusiya prezidentinin təyyarəsinin) bizim hava məkanımızı keçməsini təsəvvür edə bilmirəm. Əgər o, oraya (Budapeştə) getmək istəyirsə, başqa yollar var, mən alternativlər axtarardım", - K.Budris bildirib.