20 oktyabr 2025 16:56
107

Almaniya kansleri onları sərt tənqid etdi

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Almaniya üçün Alternativ (AfD) partiyası hakim Xristian Demokrat İttifaqını (CDU) məhv etmək istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Bu partiya açıq şəkildə bəyan edir ki, XDİ-ni məhv etmək istəyir. O, başqa ölkə istəyir", - deyə, kansler bildirib.

Onun sözlərinə görə, AfD təkcə son illərin siyasətini deyil, həm də Almaniyanın 1949-cu ildən bəri tutduğu fundamental mövqeləri şübhə altına alır.