İsveçdə 2025-ci ilin çempionu məlum olub.
“İki sahil” xəbər verir ki, 27-ci turda “Geteborq”u məğlub edən (2:0) “Myelbyu” sona üç tur qalmış çempionluğu təmin edib.
66 xalla birinci olan Xellevik təmsilçisi ən yaxın izləyicisi “Hammarbü”nü 11 xal qabaqlayır.
Qeyd edək ki, “Myelbyu” tarixində ilk dəfə çempion olur.