21 oktyabr 2025 11:30
105

Aİ liderləri də həmin görüşdə iştirak etmək istəyirlər

Bəzi Aİ liderləri ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşdə iştirak etmək, habelə Vladimir Zelenskinin danışıqlar masası arxasında olmasını istəmək niyyətindədirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

“Bəzi Aİ liderləri Tramp və Putinin görüşündə iştiraka, eləcə də Zelenskinin danışıqlar masası arxasında oturması üçün lobbiçilik edəcək”, – nəşr yazır.

Adı açıqlanmayan diplomatın sözlərinə görə, Aİ Ukraynanın ərazisini Rusiyaya verməsini istəmir.