Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
O qeyd edib: “Hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə olunub. Məsələn, transformatorların birgə istehsalına başlanılması planlaşdırılır. Yaşayış və infrastruktur obyektlərinin tikintisi davam etdirilir, gəmiqayırma sahəsində birgə layihələr işlənib hazırlanır”. Onun sözlərinə görə, hər iki ölkənin hökumətlərinə bu sahələrə nəzarət etmək və mümkün qədər tez bir zamanda sənaye sahəsində əməkdaşlığın inkişafı üçün plan və ya Yol xəritəsi qəbul etmək tapşırılıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar