21 oktyabr 2025 17:23
124

Oğrudan Luvr oğrularına məsləhət: Onları muzeyə satın

Amerikalı muzey oğrusu Miles Connor Luvr oğrularına oğurladıqları əşyaları yenidən muzeyə satmağı tövsiyə edib.

“İki sahil” xəbər verir ki,  o, bu barədə ABC telekanalına müsahibəsində bildirib.

1980-ci illərdə Connor Bostondakı İncəsənət Muzeyindən Rembrandtın rəsmini oğurlayıb. Sonra onu geri qaytarıb və mükafat qazanıb.

"Onların edə biləcəkləri ən yaxşı şey, əgər pul qazanmaq istəyirlərsə, bir neçə il saxladıqdan sonra vəkil vasitəsilə muzeyə yaxınlaşmaqdır.

O, Luvrun oğurlanmış zinət əşyalarına görə mükafatın 5 milyon dollara qədər ola biləcəyini təxmin edir.