Daxili İşlər Nazirliyinin yeni "Polis cavab verir" rubrikası çərçivəsində vətəndaşların ən çox ünvanladığı suallardan biri cavablandırılıb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların "E-Polis" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməsi qaydaları barədə məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur.
Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.
Əvvəl vətəndaşın sosial yardıma və ya müavinətə ehtiyacını insan faktoru müəyyən edirdisə, indi bu qərarı...
“Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi” - DİA-da bu mövzuda ümumrespublika elmi-praktiki konfrans keçirilib