Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsindən 1,1 milyon manat gəlir əldə olunub, bunun 819 min manatı muxtar respublikanın büdcəsinə yönəldilib.
Hesabat dövründə dövlət əmlakının registrindən 143 çıxarış verilib.
Nazir müavini Elçin Zeynalov FAO-nun Regional Konfransının 35-ci sessiyasında iştirak edir
PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı