Əhalinin manata inamı artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.
"Dollarizasiya səviyyəsi 29 faizə düşüb. Bizim hədəfimiz isə dollarizasiya səviyyəsini 20-25 faiz səviyyəsində idarə etməkdir. Strateji valyuta ehtiyatlarımız geniş manat kütləsini 3,7 dəfə üstələyir. Manatın dayanıqlılığı ilə bağlı heç kimdə şübhə olmamalıdır", - deyə T.Kazımov diqqətə çatdırıb.
Nazir müavini Elçin Zeynalov FAO-nun Regional Konfransının 35-ci sessiyasında iştirak edir
PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı