26 oktyabr 2025 13:34
105

İmişlidə polis əməkdaşları tərəfindən 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb

Oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub. 

“İki sahil” DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.